Məmmədyarov GUAM-ın toplantısına sədrlik edib

Məmmədyarov GUAM-ın toplantısına sədrlik edib
  09 Dekabr 2016    Oxunub:1550
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda Demokratiya və İqtisadi İnkişaf naminə GUAM təşkilatının xarici işlər nazirlərinin 28-ci iclasına sədrlik edib. Azərbaycan rotasiya qaydası əsasında GUAM təşkilatında sədrliyi həyata keçirir.
XİN-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iclasda GUAM çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi, habelə müxtəlif sahələrdə layihələrin həyata keçirilməsi, parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi, üzv dövlətlər arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi yolları müzakirə edilib. Nazirlər idman-gənclər sahəsində İşçi qrupunun yaradılmasına dair razılığa gəliblər.

Tərəflər GUAM-ın beynəlxalq təşkilatlar və tərəfdaş ölkələrlə əməkdaşlığının genişləndirilməsinin zəruriliyinə toxunublar və bu istiqamətdə səylərin davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Görüşün sonunda iclasın protokolu təsdiq olunub. İclasın ardınca “GUAM-Yaponiya” görüşünün növbəti mərhələsi keçirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti