Məmmədyarov Çavuşoğlu ilə görüşdü - FOTO

Məmmədyarov Çavuşoğlu ilə görüşdü - FOTO
  22 Fevral 2017    Oxunub:1429
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Çavuşoğlu öz “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) və Ahmet Yasevi Universitetinin təşkilatçılığı ilə Ankara şəhərində keçiriləcək “Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Türkiyəyə gedib.

Konfransın açılış panelində Türk Şurasının Baş katibi Ramil Həsənov, Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu, eləcə də Türkiyə Baş nazirinin köməkçisi Toğrul Türkeşin çıxışı nəzərdə tutulub.

Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun ikitərəfli görüşləri planlaşdırılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti