Məktəbdə kütləvi dava - 14 yaşlı qız yaralandı

Məktəbdə kütləvi dava - 14 yaşlı qız yaralandı
  30 Noyabr 2015    Oxunub:3436
Kəlbəcər rayon Təhsil Şöbəsinin tabeçiliyində olan və Gəncədə fəaliyyət göstərən orta məktəbdə kütləvi dava baş verib.
AzVision.az report-a istinadən xəbər verir ki, dava zamanı Kəlbəcər rayon 9 saylı orta məktəbin 9-cu sinif şagirdi, 14 yaşlı Fidan Məmmədova kəllə-beyin travması və boyun fəqərələrinin əzilməsi kimi xəsarətlər alıb.

Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər məktəblinin vəziyyətini ağır qiymətləndirib.

Fakla bağlı Kəlbəcər rayon Polis Şöbəsində araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti