Məhbus həbsxanada evləndi - Fotolar

Məhbus həbsxanada evləndi - Fotolar
  27 Noyabr 2014    Oxunub:1818
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabe qurumlarında saxlanılan şəxslərin "ASAN xidmət"in fəaliyyətindən yararlanmasına şərait yaradılması istiqamətində tədbirlər davam etdirilir.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs İsmayılov Ramil Novruz oğlu bu imkandan istifadə edərək nikahını qeydə aldırıb.

Həbs edilmiş şəxs R.İsmayılovun və onun yaxınlarının müraciəti əsasında Penitensiar Xidmətin rəhbərliyi nikah mərasiminin keçirilməsi üçün müvafiq şərait yaradıb. 27.10.2014-cü il tarixdə təcridxananın inzibati binasında 2 saylı Bakı "ASAN xidmət" mərkəzinin əməkdaşları Ağayeva Leyla və Qasımova İnci tərəfindən R.İsmayılovun vətəndaş Əsgərova Lalə Fərhad qızı ilə nikahı qeydə alınıb.

Yeni ailə quran gənclər yaradılmış şəraitə görə Ədliyyə Nazirliyinin və "ASAN xidmət"in rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.








Teqlər:  





Xəbər lenti