Mazut idxalı gömrük rüsumundan azad edildi

Mazut idxalı gömrük rüsumundan azad edildi
  06 May 2016    Oxunub:1644
Bu gündən “Azərenerji” ASC-yə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxalı rüsumundan azaddır.
AzVision.az APA-ya istinadən xəbər verir ki bu, Nazirlər Kabinetinin 6 aprel 2016-cı ildə “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarına etdiyi dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycanın 2016-cı il üzrə yanacaq-enerji balansına uyğun olaraq Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında “Azərenerji” ASC-yə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxalı rüsumundan azad edilib.

Bu qərar imzalandığı gündən 30 gün sonra, yəni bu gün qüvvəyə minir və 2017-ci ilin 1 yanvar tarixinədək qüvvədədir.

AzVision.az


Teqlər:  





Xəbər lenti