Maşın nömrələri ilə bağlı yenilik - Video

Maşın nömrələri ilə bağlı yenilik - Video
  27 İyul 2016    Oxunub:5808
Azərbaycanda rayonlara verilən avtomobil seriya nömrələri mahiyyətini itirir. Belə ki, qanunvericiliyə görə vətəndaş qeydiyyatda olduğu rayondan asılı olmayaraq aldığı avtomobilin seriya nömrəsini dəyişmədən öz adına rəsmiləşdirə bilər. Həm də az məbləğli rüsumlar ödəməklə.
AzVision.az xezerxeber-ə istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü Kamran Əliyev bildirir ki, sürücü qeydiyyatı dəyişmək üçün müraciət edirsə, hətta onun avtomobilinin texniki baxış müddəti bitməsə belə yenidən qeydiyyata salınmalıdır. Avtomobilin seriya nömrəsi dəyişilmirsə, bu zaman mütləq alan və satan şəxsin razılığı olmalıdır.

Kamran Əliyevin sözlərinə görə, artıq avtomobilin seriasına baxmaqla onun hansı rayonda qeydiyyatda olduğunu bilmək olmaz. Bunu yalnız mərkəzləşdirilmiş sistem vasitəsi ilə öyrənmək olar.

Yeni alınan avtomobillərə isə bu qaydalar şamil edilmir.



AzVision.az


Teqlər:  





Xəbər lenti