Mal-qara oğruları tutuldu

Mal-qara oğruları tutuldu
  30 May 2016    Oxunub:1970
Ağcabədidə mal-qara oğruları saxlanılıb.

Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, oğurluq etdiklərinə görə mayın 25-də tutulmuş Ağcabədi rayon sakinləri Arif Hüseynovun, Rövşən Əliyevin, Zakir Əliyevin və Məhərrəm İbrahimovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Ağcabədi RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların 2012-ci il sentyabrın 15-dən və cari il mayın 25-dək olan müddətdə həmyerliləri İmamqulu Qəhrəmanova məxsus fermadan 6 baş inək, Yasir Mənsimova məxsus fermadan 2 baş inək, Fərmuda Musayevə məxsus fermadan 3 baş inək, Raul Qasımova məxsus fermadan 6 baş qoyun, habelə, onların, Bərdə rayon sakinləri Famil Alıyevə, Əli Əhmədova, Şahsuvar Hüseynova məxsus fermalardan 8 baş inək, eləcə də Adil Quliyevə məxsus fermadan 2 baş inək və 1 rəst at oğurlamaları da müəyyən edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti