Magistraturaya ərizə qəbulu başlayır
Məlumatda bildirilir ki, Azərbaycanda yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan vətəndaşı olan bütün bakalavrlar “Bakalavrın elektron ərizəsi”ni internet vasitəsilə özləri təsdiq etməlidirlər. Digər bakalavrlar ərizələrini tələb olunan sənədləri TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına şəxsən təqdim etməklə təsdiq etdirməlidirlər.
Qeyd edək ki, magistraturaya ixtisaslaşma seçimi imtahanın ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra iyunun 9-dan 19-dək olan müddətdə aparılacaq. İxtisaslaşma seçiminə imtahanın iki mərhələsi üzrə topladıqları ümumi bal (balların cəmi) ilə yanaşı, ixtisas üzrə topladıqları bal da TQDK tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan bakalavrlar buraxılacaqlar.