MSK sədri siyasi partiyalara xəbərdarlıq etdi

MSK sədri siyasi partiyalara xəbərdarlıq etdi
  02 Sentyabr 2015    Oxunub:2959
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçkiqabağı təşviqatla bağlı siyasi partiyalara xəbərdarlıq edib.
AzVision.az-ın məlumatına görə, MSK sədri bildirib ki, seçkidə iştirak edəcək siyasi partiya nümayəndələri, müstəqil şəxslər diqqətli olmalıdırlar, vaxtından əvvəl təbliğata başlamamalıdırlar: “Bu hal baş verəcəksə, qanun pozuntusu sayılacaq. Belə addımlar atılmamalıdır. Qanunvericiliyə əməl olunmalıdır”.

MSK sədri qeyd edib ki, Seçki Məcəlləsinə və Təqvim Planına əsasən seçkiqabağı təşviqatın aparılması oktyabrın 9-da başlanacaq, 31 oktyabr saat 8.00-da dayandırılacaq.

“Bu seçkilərdə daha çox aktivlik gözlənilir: “Xeyli siyasi təşkilatın nümayəndəsinin, müstəqil şəxslərin seçkidə namizəd kimi iştirakı gözlənilir. Amma hələ ki, siyasi təşkilatlarda seçki ab-havası yoxdur".

AzVision.az


Teqlər:  





Xəbər lenti