Luçesku müəmması davam edir

Luçesku müəmması davam edir
  24 May 2016    Oxunub:2559
“Şaxtyor”la yollarını ayırdıqdan sonra bir çox klubun hədəfinə gələn rumuniyalı futbol mütəxəssisi Mirça Luçesku ətrafında müəmma davam edir.
AzVision.az-ın məlumatına görə, bu dəfə Rusiyanın “Zenit” klubu baş məşqçi ilə razılığa gəldiyini açıqlayıb.

Razılaşmaya əsasən, rumıniyalı mütəxəssislə 2 illik müqavilə imzalanacaq. Onun yeni klubunda illik 5 milyon avro qazanacağı iddia edilir.

Eyni zamanda Türkiyənin “Qalatasaray” klubu da Luçesku ilə müqavilə imzalamağa yaxın olduğunu açıqlayıb. Belə ki, klub prezidenti Dursun Özbək rumuniyalı baş məşqçiyə “nə istəsə qəbul etməyə hazırıq” ismarıcı verib. Eyni zamanda Luçeskunun özünün də İstanbul klubunu çalışdırmağa meylli olduğu bildirlir.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti