Leyla Əliyeva Romada - FOTOLAR

Leyla Əliyeva Romada - FOTOLAR
  03 Sentyabr 2015    Oxunub:3155
Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın iştirakı ilə qurumun Romadakı baş ofisində bir sıra görüşlər keçirilib.
Leyla Əliyevaya burada çalışanlar üçün yaradılmış şərait barədə məlumat verilib. Leyla Əliyevanın FAO-nun xoşməramlı səfiri kimi ilk dəfə fəaliyyətə başlaması ilə əlaqədar təntənəli mərasim olub və qarşılıqlı hədiyyələr təqdim edilib.

Daha sonra Leyla Əliyeva FAO-nun media mərkəzinə müsahibə verib.

Qeyd edək ki, Azərbaycan 1995-ci ildən FAO-nun üzvüdür. Ölkəmizdə qurumun layihə əlaqələndirmə ofisi 2007-ci ildən fəaliyyət göstərir. Bir müddət əvvəl isə Azərbaycanda təşkilatın ilk əlaqələndirmə və tərəfdaşlıq ofisi açılıb.

Qalereya




Teqlər:  





Xəbər lenti