Lənkəranda 6 otaqlı ev yanıb

Lənkəranda 6 otaqlı ev yanıb
  14 Fevral 2016    Oxunub:1386
Lənkəran rayonunda yanğın olub.
AzVision.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, rayonun Boladi kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan ikimərtəbəli 6 otaq və 2 aynabənddən ibarət evin 2-ci mərtəbəsində 2 otağın aynabəndinin və dam örtüyünün yanar konstruksiyaları 105 kv.m sahədə yanıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti