Köçkünlərə şad xəbər - FOTO

Köçkünlərə şad xəbər - FOTO
  21 Dekabr 2014    Oxunub:2181
Bərdə rayonunun Həsənqaya və Gərənə bələdiyyələrinin ərazisində məcburi köçkünlər üçün 588 ailəlik yeni məhəllənin inşası davam edir.
Tikintisi üçün 12,5 hektar ərazi ayrılan yeni yaşayış məhəlləsində hər biri 7 mərtəbəli olmaqla, 14 ədəd yaşayış binası inşa edilib. Binalardakı mənzillərin 98-i bir, 196-sı iki, 196-sı üç, 98-i dördotaqlıdır.

Hazırda binalarda döşəmə, kafel-metlax işləri aparılır, fasad hissələrə üzlük daşlar vurulur. 640 şagird yerlik məktəbin, 140 yerlik uşaq bağçasının, ATS-in, qazanxana binasının, elektrik xətləri üçün 3 ədəd yarımstansiyanın, mərkəzləşdirilmiş kanalizasiya sisteminin, su təchizatı obyektlərinin (2 ədəd 500 kubmetrlik içməli, 2 ədəd 100 kubmetrlik yanğın su anbarları, hovuz, sutəmizləyici qurğu, 1 kanalizasiya nasos, 2 nasos stansiyası) və məhəllədaxili yolların tikintisi aparılır. Burada, həmçinin yaşıllıqlar salınacaq, avtomobil parkları tikiləcək.

Hazırda inşaat işləri ilə 12 şirkət məşğul olur. Tikintidə 30-dan artıq texnika, 700-ə yaxın işçi çalışır.

Yaşayış məhəlləsində tikintinin gələn ilin fevral ayında başa çatdırılması nəzərdə tutulur. (AzərTac)

Qalereya




Teqlər:  





Xəbər lenti