Kişi evində ölü tapıldı

Kişi evində ölü tapıldı
  04 Mart 2015    Oxunub:1234
Bakı şəhəri, Yasamal rayonunda ikimərtəbəli fərdi yaşayış evində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu barədə FHN-nin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Fərdi yaşayış evinə baxış keçirilərkən 1945-ci il təvəllüdlü İbrahimov Arif Zülfəli oğlunun vəfat etdiyi müəyyən edilib. A.İbrahimovun cəsədi aidiyyəti üzrə təhvil verilib.


Teqlər:





Xəbər lenti