Kəmaləddin Heydərov vətəndaşları qəbul edib

Kəmaləddin Heydərov vətəndaşları qəbul edib
  31 Yanvar 2015    Oxunub:1544
Bu gün Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Horadiz şəhərində Füzuli, Ağcabədi, Beyləqan və Xocavənd rayonlarının sakinlərinin, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

Fövqəladə Hallar Nazirliyindən AzVision.az -a verilən məlumata görə, nazir tərəfindən qəbul edilən 21 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr məsələləri ilə bağlı 116, digər məsələlərlə bağlı müraciət etmiş 147 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti