Kamran bu dəfə penaltini qaytara bilmədi

Kamran bu dəfə penaltini qaytara bilmədi
  22 Oktyabr 2016    Oxunub:1665
Yığmamızın qapıçısı Kamran Ağayev Portuqaliyanın "Boavişta” klubunun heyətində növbəti oyununu keçirib.
AzVision.az xəbər verir ki, Portuqaliya çempionatının VIII turunda "Boavişta” səfərdə "Maritimo”nun qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Start heyətində meydana daxil olan Kamran Ağayev sona qədər mübarizə aparıb. Oyunun 27-ci dəqiqəsində "Boavişta”nın qapısına 11 metrlik cərimə zərbəsi təyin olunub. Kamran bu penaltini dəf edə bilməyib.

O, oyunun 74-cü dəqiqəsində vaxtı aparmağa cəhd etdiyi üçün sarı vərəqə ilə cəzalanıb.

Bu heç-heçədən sonra Ağayevin komandası xallarının sayını 9-a çatdırıb və 10-cu pillədə qərarlaşıb.

AzVision.az


Teqlər:





Xəbər lenti