İtkin düşən futbolçu Gəncədə tapıldı

İtkin düşən futbolçu Gəncədə tapıldı
  12 Yanvar 2017    Oxunub:2562
Azərbaycanın itkin düşmüş tanınmış futbolçusu Faiq Cabbarov tapılıb.

AzVision.az xəbər verir ki, bu barədə "Report"a futbolçunun qardaşı Səttar Cabbarov məlumat verib. Onun sözlərinə görə, artıq qardaşı ilə telefonla əlaqəsi saxlayıblar: "Onun vəziyyəti yaxşıdır. Hazırda Faiq Cabbarov Gəncə şəhərindədir".

S.Cabbarov bəzi KİV-lərdə qardaşının öldüyü haqqında yalan məlumat verilməsini də qınayıb: "Qardaşım sağ-salamatdır. Sadəcə, bəzi şəxsi səbəblərə görə bir neçə gün ailəsi ilə əlaqə saxlamayıb və ailədən onun harda olduğunu bilmirdilər. Biz də onun itkin düşdüyünü düşünürdük. Bu gün isə onunla telefonla danışdıq və Gəncədə olduğunu, heç bir problem olmadığını dedi".

Qeyd edək ki, bu gün Azərbaycanın tanınmış futbolçusu Faiq Cabbarovun itkin düşməsi haqda məlumat yayılmışdı. "Kəpəz"in sabiq müdafiəçisinin ailəsi ondan 3 gündür xəbər tuta bilmirdi. Bəzi mənbələrdə onun dünyasını dəyişdiyi bildirilirdi.

AzVision.az


Teqlər:





Xəbər lenti