İtaliyada matəm elan olunub

İtaliyada matəm elan olunub
  26 Avqust 2016    Oxunub:1641
İtaliyanın mərkəzində baş verən dağıdıcı zəlzələ qurbanlarının xatirəsinə avqustun 27-si milli matəm elan edilib.
AzVision.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, həmin gün ölkənin ali rəhbərliyinin nümayəndələrinin iştirakı ilə Askoli-Piçenoda həyatını itirənlərin dəfn mərasimi keçiriləcək.

Xatırladaq ki, avqustun 24-nə keçən gecə yerli vaxtla saat 3:36-da Mərkəzi İtaliyada 6 bal gücündə dağıdıcı zəlzələ baş verib. Yeraltı təkanların episentri Akkumoli şəhəri yaxınlığında, yer səthindən 4 kilometr dərinlikdə yerləşib. Apennin silsiləsinin geniş ərazisini əhatə edən zəlzələ dağlarda yerləşən kiçik şəhərlərdə ciddi dağıntılara səbəb olub.

Son məlumata əsasən, təbii fəlakət nəticəsində aralarında 3 Britaniya vətəndaşının da olduğu 268 nəfər həyatını itirib, 387 nəfər yaralanıb, həmçinin 2 mindən çox insan evsiz-eşiksiz qalıb.

AzVision.az


Teqlər:





Xəbər lenti