İsti hava 3 gün davam edəcək

İsti hava 3 gün davam edəcək
  30 İyul 2015    Oxunub:2719
Ölkə ərazisində günəşli, isti hava şəraiti yaxın 3 gün ərzində də müşahidə ediləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzVision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 31-da hava günəşli olacaq. Gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-27, gündüz 35-38, bəzi yerlərdə isə 40 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 31-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti