İstanbulda FETÖ əməliyyatı, saxlanılanlar var

İstanbulda FETÖ əməliyyatı, saxlanılanlar var
  10 Dekabr 2016    Oxunub:1493
Türkiyədə məhkəmə İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində, Fetullahçı Terror Təşkilatına “Hümmət” adı altında maliyyə dəstəyi təmin etdiyi iddia edilən 55 nəfər barəsində həbs qərarı çıxarıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərardan sonra İstanbul Maliyyə Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları səhər saatlarında 57 ünvanda əməliyyat keçirib.

Əməliyyat çərçivəsində axtarışların davam etdiyi və bəzi şübhəlilərin saxlanılıdığı deyilir. Qeyd olunub ki, iş adamlarından toplanan milyonlarla dollar əvvəl gizli hesablara yatırılıb, sonra muzdlu kassa üsulu ilə xaricə çıxarılıb.

“Bylock”-dan istifadə etdiyi müəyyənləşdirilən 9 şübhəlinin isə xaricdə olduğu bildirilir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti