İsraildə dəhşətli teraktın qarşısı alındı

İsraildə dəhşətli teraktın qarşısı alındı
  21 Oktyabr 2016    Oxunub:1852
İsrailin xüsusi xidmət orqanlarının əməkdaşları ölkə ərazisində güclü partlayış planlaşdırmaqda şübhəli bilinən və Qəzza zolağından olan bir qrup fələstinlini həbs ediblər.
RİA Novosti-nin verdiyi xəbərə görə, istintaqın materiallarına əsasən, saxlanılan dörd nəfərlik qrup Qəzza zolağında fəaliyyət göstərən “İslami cihad” qruplaşmasının tapşırığı ilə hərəkət edib.

Nəlumata görə, saxlanılanlar israilli hərbçi oğurlamağı planlaşdırıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti