İrəvanda qiyamçılar deputatlarla görüş tələb edir

İrəvanda qiyamçılar deputatlarla görüş tələb edir
  27 İyul 2016    Oxunub:1227
İrəvanda polis bölməsini ələ keçirən silahlı qruplaşma Ermənistan parlamentinin deputatları ilə görüş tələb edir.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Təsis parlamenti" müxalifət hərəkatının üzvü, Alek Yeniqomşyan məlumat verib.

O, qruplaşma üzvlərinin parlamentarilərlə müzakirə edəcəyi məsələləri açıqlamayıb.

Qeyd edək ki, bu gün İrəvanın Erebuni rayonunda post-patrul xidməti alayının binasını ələ keçirən silahlılar təcili tibbi yardım briqadasını girov götürüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti