İrəvanda etiraz dalğası yenidən başladı

İrəvanda etiraz dalğası yenidən başladı
  03 Oktyabr 2015    Oxunub:2519
Oktyabrın 2-də Yerevanın Azadlıq meydanında konstitusiya düzəlişlərinə etiraz olaraq aksiya keçirilib.

Vətəndaş cəmiyyəti və müxalifətdə olan siyasi partiyaların nümayəndələri aksiyada çıxış edərkən hakimiyyətin konstitusiyada düzəliş etmək planını kəskin tənqid edib və əhalini ona yox deməyə çağırıblar.

“İrs”partiyasının sədr müavini Armen Martirosyan, “Erməni Milli Konqresi”nin parlamentdəki deputatı Aram Manukyan və digər çıxış edənlər bir daha bildiriblər ki, mövcud rejim bu dəyişiklikləri öz hakimiyyəti naminə edir.

Təşkilatçılar əhalini oktyabrın 5-də Azadlıq meydanına toplaşaraq ordan parlament binası qarşısına yürüş keçirməyə çağırıblar.

Həmin gün parlamentdə konstitusiya dəyişikliyi ilə səsvermə keçirilməlidir.


Teqlər:  





Xəbər lenti