İran yenə Ermənistanı seçdi

İran yenə Ermənistanı seçdi
  28 İyul 2016    Oxunub:4755
İran Ermənistan ərazisindən keçməklə Gürcüstana qaz ixracına dair saziş imzalayıb.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İranın neft naziri Bijan Zanqane Ermənistan energetika və təbii sərvətlər naziri Levon Yolyanla görüşün yekunlarına dair açıqlamasında bildirib.

Beləliklə, İran qazı Ermənistan ərazisindən Gürcüstana nəql olunacaq. Tehran yeni marşrutla Avropaya da qaz ixrac etməyi planlaşdırır.

Qeyd edək ki, İran qazının Gürcüstana Azərbaycan üzərindən nəql ediləcəyi gözlənilirdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti