İntellektual yarışın qalibləri mükafatlandırılıb

İntellektual yarışın qalibləri mükafatlandırılıb
  30 İyun 2016    Oxunub:3223
“Demokratik Cəmiyyətin İnkişafına Yardım” İctimai Birliyinin həyata keçirdiyi “Heydər Əliyev və müasir Azərbaycan tarixi” layihəsi çərçivəsində Binəqədi və Nizami rayonlarında keçirilmiş eyni adlı intellektual yarışın qalibləri mükafatladırılıb.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra edilib.

Bu barədə məlumat verən “Demokratik Cəmiyyətin İnkişafına Yardım” İctimai Birliyinin prezidenti Əsgər Məmmədov bildirib ki, “Heydər Əliyev və müasir Azərbaycan tarixi” adlı layihənin əsas məqsədi Bakı şəhərinin Binəqədi və Nizami rayonunda məktəblilərin tarixə olan maraqlarını artırmaq, müasir Azərbaycan tarixində Ümumilli Liderimizin Azərbaycanın yaradıcısı olaraq keçdiyi yollarla yaxından tanış etmək, müasir Azərbaycan tarixinin dərindən mənimsənilməsi üçün məktəblilər arasında güclü rəqabət mühiti yaratmaqdır.

Onun sözlərinə görə, layihə hər rayon üzrə 20, ümumilikdə 40 məktəbi əhatə edib: “Bu məqsədə nail olmaq üçün layihə çərçivəsində həyata keçirdiyimiz ilk tədbir Nizami rayonunda fəaliyyət göstərən məktəblər arasında “Heydər Əliyev və müasir Azərbaycan tarixi” adlı intellektual yarış idi ki, 10 iyun 2016-ci il tarixində baş tutdu. Nizami rayonunda fəaliyyət göstərən məktəbləri əhatə edən bu yarışda 62 saylı məktəb 1-ci, 70 saylı məktəb 2-ci və 32 saylı məktəb isə 3-cü yerə layiq görüldü.

Layihə çərçivəsində həyata keçirdiyimiz ikinci tədbir isə 13 iyun 2016-ci il tarixində eyni adlı intellektual yarışla Binəqədi rayonu ərazisində fəaliyyət göstərən məktəblərin biliklərini sınağa çəkdik ki, bu yarışın nəticəsində Binəqədi rayonu üzrə ilk üçlüyə müvafiq olaraq 205, 276 və 99 saylı orta məktəblər sahibləndilər. Bu gün qalib komandalarla görüş keçirdik və mükafatlandırma mərsaimi təşkil edildi. Bir vətəndaş olaraq mənimçün çox sevindirici haldır ki, bu gün yeni böyüyən nəsildə, yeniyetmələrimiz arasında bu mövzuya olduqca böyük maraq vardır. Və mövcud hal, Heydər Əliyev şəxsiyyətinin həyatı və yaradıcılığının öyrənilməsi prosesinin vacibliyini bildirir, bu istiqamətdə fəaliyyətin artırılması ehtiyacını önə çəkir.

Onu da qeyd edim ki, hər iki rayon üzrə qalib gəlməyən komanda üzvləri təşəkkürnamələrlə təltif olundular. Layihəmizdə iştirak edən hər bir məktəbin kollektivinə dərin təşəkkürlərimizi bildirir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq”.


Teqlər:





Xəbər lenti