İmtahanda 6 nəfər 700 bal topladı

İmtahanda 6 nəfər 700 bal topladı
  27 İyul 2015    Oxunub:3811
İmtahanda iştirak etmək üçün sənəd vermiş 29 590 (15841 nəfər II qrup üzrə, 13749 nəfər III qrup üzrə) abituriyentdən 971 nəfəri imtahanda iştirak etməyib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az - a verilən məlumata görə, imtahanda iştirak edən 28 619 abituriyentdən 12 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda II ixtisas qrupu üzrə 3, III ixtisas qrupu üzrə isə 3 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Qeyd edək ki, ixtisas seçimi (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 30-dan avqustun 11-dək aparılacaq.


Teqlər:  





Xəbər lenti