İlham Əliyev Sofiyada
AzVision.az-ın məlumatına görə, Azərbaycanın və Bolqarıstanın dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyevi Bolqarıstan Prezidenti Rosen Plevneliyev qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Hərbi orkestrin ifasında Azərbaycanın və Bolqarıstanın dövlət himnləri səsləndi.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Prezident İlham Əliyev Bolqarıstan əsgərlərini salamladı.
Bolqarıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti Prezident Rosen Plevneliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi prezidentlərin qarşısından keçdi.
AzVision.az