İlham Əliyev Ərdoğanla görüşəcək

İlham Əliyev Ərdoğanla görüşəcək
  25 İyul 2016    Oxunub:3584
"İlin sonuna qədər Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri – İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, Qurbanqulu Berdiməhəmmədovun görüşü gözlənilir".

AzVision.az “Hurriyet”-ə istinadən istinadən xəbər verir ki, bunu Türkiyənin Türkmənistandakı səfiri Mustafa Kapucu deyib.

Səfir qeyd edib ki, görüşdə əsas müzakirə mövzuları energetika sahəsində əməkdaşlıq, həmçinin Türkmənistan qazının sonradan Trans-Anadolu boru kəməri (TAP) vasitəsilə Avropaya nəqli məqsədilə Xəzər dənizindən Azərbaycana boru kəmərinin çəkilməsi məsələsi olacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti