İki ildə 32 mindən çox terror aktı törədilib - Patruşev

İki ildə 32 mindən çox terror aktı törədilib - Patruşev
  25 May 2016    Oxunub:1500
İki il ərzində dünyada 32 mindən çox terror aktı baş verib. Yaxın Şərqdə və Afrikada terror hücumları nəticəsində təxminən 90 min insan həyatını itirib.
AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev məlumat verib.

Onun sözlərinə görə, terror aktlarının nəticələrinin miqyası getdikcə artmaqdadır.

Terror hücumlarının təxminən yarısı Əfqanıstan, Pakistan, Nigeriya, İraq və Suriyanın payına düşür. Bununla yanaşı, İraq və Suriyada terror aktları 2013-cü illə müqayisədə demək olar ki, 1,5 dəfə, həlak olan insanların sayı isə 2 dəfə çoxalıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti