İki dilənçidən 32 min pul çıxdı

İki dilənçidən 32 min pul çıxdı
  28 Mart 2015    Oxunub:2193
Türkiyənin Qaziantep şəhərində polisin keçirdiyi əməliyyatla saxlanan iki dilənçidə 32 min türk lirəsi tapılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dilənçilərdən biri, 71 yaşlı qoca Həsən Gümüşxanın üzərində 21 min 750 lirə (8 min 739 manat), 5 yaşlı qızı ilə birgə dilənən suriyalı dilənçidə isə 11 min 721 lirə (4 min 701 manat) pul aşkarlanıb. Suriyalı dilənçidə türk lirəsi ilə yanaşı 8 min 850 Suriya lirəsi də aşkarlanıb.

71 yaşlı dilənçinin pulları müsadirə edilib və azadlığa buraxılıb.

Suriya əsilli dilənçi isə ötən il ölkəsindəki müharibədə həyat yoldaşını itirəndən sonra Qaziantebə gedib. Əbdürrəhman əl-Xalid 5 yaşlı qızı ilə birlikdə dilənərkən saxlanılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti