İcra hakimiyyətləri yoxlanılacaq

İcra hakimiyyətləri yoxlanılacaq
  02 Mart 2015    Oxunub:2781
Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. Kollegiya iclasında bir sıra nəzarət tədbirləri üzrə proqramlar təsdiq olunub.
Palatadan AzVision.az-a verilən məlumata görə, qurum dövlət büdcəsinin dövlət xidmətləri, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair; dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Xızı rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Qaradağ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair; Naxçıvan MR büdcəsindən Naxçıvan şəhər MR Mədəniyyət və Turizm Nazirliyinin aparatının və Nazirliyin mərkəzləşdirilmiş hesabatlığından maliyyələşən təşkilatların saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinin və büdcədənkənar vəsaitlərin icrasına dair nəzarət tədbirlərini həyata keçirəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti