İcra başçısı yağışa görə məmurları səfərbər edib

İcra başçısı yağışa görə məmurları səfərbər edib
  21 Oktyabr 2016    Oxunub:4418
Son günlər Bakıya yağan aramsız yağışlar bir sıra problemləri üzə çıxardı. Yağışdan sonra paytaxt küçələrində keçilməz gölməçələrin yaranması, evləri, maşınları su basması günlərdir ictimaiyyət arasında, sosial şəbəkələrdə müzakirə edilir.
Müzakirələr və təndiqlər daha çox Bakının Binəqədi rayonu üzərinə qurulub. Hətta ironik də olsa, Binəqədi Venesiya ilə müqayisə edilib.

Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsələlər şöbəsi sakinlərin etirazlarına münasibət bildirib.

Şöbədən AzVision.az-a verilən məlumatda qeyd edilib ki, rayon rəhbərliyi müvafiq dövlət qurumları ilə birlikdə problemlərin aradan qaldırılması üçün səfərbər olub.

“Son günlər Bakıda yağan yağışın normadan artıq olması bir çox yerlədə olduğu kimi Binəqədi rayonu ərazisində də problemlər yaradıb. Nəticədə Binəqdi şosesini əhatə edən ərazidə gölməçələr formalaşmışdı. Problem yaranandan bəri rayon rəhbərliyi səfərbər olub, rayonun müvafiq dövlət qurumları ilə birlikdə ərazilərə baş çəkilib. Həmin ərazilərdə problemin aradan qaldırılması üçün nə işlər lazımdırsa, görülüb. Bu haqda icra hakimiyyətinin rəsmi səhifəsində məlumat yerləşdirilib. Yaranmış fəsadların aradan qaldırılması üçün lazımı işlər həyata keçirilib”,-deyə qeyd edilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti