İŞİD ABŞ-la İranı birləşdirdi

İŞİD ABŞ-la İranı birləşdirdi
  22 Sentyabr 2014    Oxunub:1503
ABŞ dövlət katibi Con Kerri ilk dəfə iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb.
AzVision.az-ın “Frans Press” agentliyinə istinadən verdiyi məlumata görə, rəsmilər görüş zamanı İraq və Şam İslam Dövlətinə (İŞİD) birgə mübarizə aparmaq məsələlərini müzakirə ediblər.

ABŞ dövlət katibi İŞİD-ə qarşı mübarizədə İranın əhəmiyyətini vurğulayıb. Bu bəyanat ABŞ-ın İŞİD-ə qarşı koalisiya yaratmaq cəhdi fonunda səsləndirilib.

Bundan əlavə, nazirlər nüvə danışıqları məsələlərinə də toxunub.

“Onlar həmçinin, bu danışıqlardakı inkişafı və bundan sonra atılacaq addımları da müzakirə edib”, – deyə Dövlət Departamentinin görüşlə bağlı açıqladığı bəyanatda bildirilir.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti