İŞİD 35 nəfəri edam etdi

İŞİD 35 nəfəri edam etdi
  22 May 2015    Oxunub:1969
“İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı son bir gün ərzində 37 nəfəri edam edib.
Bu barədə AzVision.az `BBC`yə istinadən xəbər verir.

Məlumata əsasən İŞİD Suriyanın şimal-şərqində Deyr-əz-Zor vilayətində 20 nəfəri, Palmire şəhərindən isə 17 nəfəri edam edib.

Hər iki kütləvi qətl terrorçular tərəfindən ələ keçirilən yaşayış məntəqələrində keçirilib. Edam olunan şəxslər Suriya hökuməti və ordusu ilə əlaqə də ittiham olunub.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti