Həsən Həsənov harada dəfn olunacaq? - AÇIQLAMA

Həsən Həsənov harada dəfn olunacaq? - AÇIQLAMA
  02 Oktyabr 2014    Oxunub:4301
“Bu gün günorta saatlarında bizə Beynəlxalq Qızıl Xaç Komitəsindən bildirildi ki, qardaşımın cənazəsi geri qaytarılıb”.
Bunu AzVision.az-a açıqlamasında cənazəsi ermənilərdən geri alınan Həsən Həsənovun qardaşı Nail Həsənov deyib. Onun sözlərinə görə, hazırda qardaşının cənazəsini Bakı şəhərinə gətirirlər:

“Bakı şəhərində bizim iştirakımız ilə analiz olunacaq. Ondan sonra cənazə bizə veriləcək. Belə dəqiq yer müəyyən etməmişik. Ailəsinin hazırda yaşadığı yerə yaxın bir ərazidə dəfn etməyi düşünürük”.

Qeyd edək ki, ermənilər tərəfindən qətlə yetirilən Həsən Həsənov Azərbaycanın işğal altında olan Cəbrayıl rayonunun sakinidir. Həsən Fərman oğlu Həsənov 12 aprel 1978-ci ildə Cəbrayıl rayonunun Mehdili kəndində doğulub.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti