Həmsədrlər şəhidimizin nəşinin qaytarılmasını tələb edir - (VİDEOXƏBƏR)

Həmsədrlər şəhidimizin nəşinin qaytarılmasını tələb edir - (VİDEOXƏBƏR)
  10 Yanvar 2017    Oxunub:3125
Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanı ötən ilin dekabrında Ermənistan-Azərbaycan sərhədində baş verən insident zamanı həlak olan azərbaycanlı əsgərin meyitini dərhal ölkəsinə qaytarmağa çağırıb.

AzVision.az-ın məlumatına görə, bu barədə həmsədrlərin birgə bəyanatında deyilir.

“Biz tərəfləri qarşılıqlı ittihamlara son qoymağa və yerlərdə vəziyyətin sabitləşdirilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırırıq”.

Həmsədrlər Ermənistan və Azərbaycanı Vyana və Sankt - Peterburq görüşlərində əldə edilmiş razılaşmalara ciddi riayət etməyə çağırıb. Həmsədrlər, həmçinin 2010-cu ildə Həştərxan görüşündə əldə olunan razılaşmaya uyğun olaraq həlak olan hərbçi nəşinin vətəninə qaytarılması üçün çağırış edib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti