Hamburqda 2+3 formatında görüş baş tutmadı

Hamburqda 2+3 formatında görüş baş tutmadı
  08 Dekabr 2016    Oxunub:2358
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
XİN-in mətbuat katibi Hikmət Hacıyevin AzVision.az-a verdiyi məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunub.

Ermənistanın destruktiv siyasəti və görüşdən yayınmaq cəhdləri nəticəsində həmsədrlərin təklif etdiyi 2+3 (Azərbaycan, Ermənistan + Rusiya, ABŞ, Fransa) formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti