Gürcüstanda orduya məcburi çağırış ləğv edildi

Gürcüstanda orduya məcburi çağırış ləğv edildi
  27 İyun 2016    Oxunub:2459
Bu gün Gürcüstanın müdafiə naziri Tina Xidaşvili illik məruzənin təqdimatı zamanı orduya məcburi çağırışın ləğv edilməsi barədə qərar imzalayıb.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, müvafiq qanun parlament tərəfindən qəbul edilməyib.

“Mən buradaca, sizin qarşınızda orduya məcburi çağırışın ləğv edilməsi barədə qərarı imzalayıram. Qərar müvafiq olaraq qüvvəyə minir”, - deyə Xidaşvili bildirib.

Qeyd edək ki, daha əvvəl Gürcüstanda orduya məcburi çağırışın 2017-ci ildən ləğv edilməsi nəzərdə tutulurdu.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti