Gülnara Kərimovadan daha bir pis xəbər

Gülnara Kərimovadan daha bir pis xəbər
  19 Oktyabr 2014    Oxunub:3493
Özbəkistan prezidentinin qalmaqallı qızı Gülnarə Kərimova Tvitter hesabını bağlayıb.

Kərimovanın səhifəsi təbliğat yönlü tvitlərlə dolu idi. Bu hesabla o özü barədə, onun həyatına olan su-qəsddən, prezident kreslosuna olan narazılığından və sairədən yazırdı.

Atası ilə düşmən münasibətdə olan G.Kərimovanın Tvitter hesabını bağlaması səbəbi sual olaraq qalır.

Xatırladaq ki, Özbəkistan Respublikasının prezidenti İslam Kərimovun qızıdır. 1972-ci il iyulun 8-də Fərqanədə anadan olub.

1991-ci ildə tanış olduğu Əfqanıstandan olan etnik özbək və ABŞ vətəndaşı olan Mansur Maqsudla ailə qurub. 2001-ci ildə onların nikahı dağıldı. Boşanma prosesi iki il davam etdi. 1993-cü ildə bu nikahdan oğul İslam, 1999-cu ildə qızı İman dünyaya gəlib.

2008-ci ilin fevralında mədəni və humanitar əməkdaşlıq məsələləri üzrə xarici işlər nazirinin müavini təyin edilmişdi. O, həmçinin Nyu-Yorkun "Fashion Institute of Technology" dizayner kursunun məzunu, "Guli" brendinin sahibdir. 2010-cu ildən Özbəkistanın İspaniyadakı səfiri vəzifəsində çalışıb. 2008-ci ildən Özbəkistanın BMT və digər beynəlxalq təşkilatlarda daimi nümayəndəsi işləyirdi. Gülnarə Kərimova Özbəkistanda ən nifrət edilən şəxs hesab edilir.(ans)


Teqlər:  





Xəbər lenti