Güləşçimiz bütün yarışlardan kənarlaşdırıldı - (VİDEOXƏBƏR)

Güləşçimiz bütün yarışlardan kənarlaşdırıldı - (VİDEOXƏBƏR)
  05 Yanvar 2017    Oxunub:10665
Dünya Güləş Birliyi (UWW) qanında qadağan olunmuş maddələrin aşkarlanması ilə əlaqədar yunan-roma güləşçimiz Zubair Dibirovu diskvalifikasiya edib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Fransada gənclər arasında keçirilən dünya çempionatında götürülən test müsbət nəticə verib.

Bu səbəbdən 74 kq çəki dərəcəsində çıxış edən Dibirov Dünya Güləş Birliyinin qərarı ilə 4 il müddətinə cəzalanıb.

Diskvalifikasiya 2016-cı il oktyabrın 5-dən qüvvəyə minib. O, 2020-ci ilin oktyabrın 4-ə kimi heç bir yarışda çıxış edə bilməyəcək.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti