Güləşçilərimiz 1 qızıl, 2 bürünc qazandı

Güləşçilərimiz 1 qızıl, 2 bürünc qazandı
  24 Oktyabr 2016    Oxunub:1235
Dağıstan Respublikasında Pekin Olimpiadasının mükafatçısı Yusup Abdusalamovun mükafatı uğrunda sərbəst güləş üzrə sayca 7-ci açıq Respublika turniri keçirilib.
Azərbaycan Güləş Federasiyasından (AGF) AzVision.az-a verilən məlumata görə, turnirdə iştirak edən sərbəst güləş yığmamızın üzvləri 1 qızıl və 2 bürünc medala sahib olub.

74 kq çəki dərəcəsində mübarizə aparan Rio Olimpiya Oyunlarının bürünc medalçısı, ikiqat Avropa çempionu Cəbrayıl Həsənov bütün rəqiblərindən üstün olub və turnirin baş mükafatına layiq görülüb. Həlledici görüşdə güləşçimiz yerli idmançı Hacı Nəbiyevi üstələyib.

Bürünc medalları yığmamıza Məhəmmədhacı Xatiyev (86 kq) və Roman Bəkirov (97 kq) qazandırıb. Mahir Əmiraslanov (57 kq) isə beşinci olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti