Güc strukturlarına 1 milyardan çox pul ayrılacaq

Güc strukturlarına 1 milyardan çox pul ayrılacaq
  29 Sentyabr 2016    Oxunub:1458
Azərbaycanın dövlət büdcəsindən gələn il üçün məhkəmə və hüquq-mühafizə orqanlarına ayrılacaq vəsaitin məbləği açıqlanıb.
AzVision.az-ın məlumatına görə, Azərbaycanın 2017-ci il üçün nəzərdə tutulan dövlət büdcəsi zərfində gələn il üçün məhkəmə və hüquq mühafizə orqanlarına 1 milyard 233 milyon 470 min 726 manat vəsait ayrılması nəzərdə tutulub.

Ayrılacaq vəsaitin 51 milyon 858 min 829 manatı məhkəmə hakimiyyətinə, 945 milyon 791 min 431 manatı hüquq-mühafizə orqanlarına, 58 milyon 96 min 865 manatı prokurorluq, 177 milyon 723 min 601 manatı isə digər kateqoriyalara aid edilməyən xidmətlərə sərf olunacaq.

Eyni zamanda dövlət büdcəsindən 2017-ci ildə qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılması üçün 556 milyon 339 min 828 manat ayrılması təklif edilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti