Gəncə “ASAN xidmət”ə müraciət edənlərin sayı artır

Gəncə “ASAN xidmət”ə müraciət edənlərin sayı artır
  07 İyul 2015    Oxunub:2168
Cari ilin ötən 6 ayı ərzində Gəncədəki “ASAN xidmət”ə müraciət edənlərin sayı xeyli artıb. Gəncə ilə yanaşı, qərb bölgəsinin 13 şəhər və rayonunun vətəndaşlarına xidmət göstərən bu qurum demək olar ki, sakinlərin ən çox üz tutduqları yerdir.
Gəncə “ASAN xidmət”dən AzVision.az-a verilən məlumata görə, vətəndaşlara göstərilən obyektiv və şəffaf xidmətin nəticəsidir ki, təkcə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsində 1711 nikaha daxilolma qeydə alınıb. 2946 doğum şəhadətnaməsinin verilməsi, 70 halda soyadın dəyişdirilməsi, 543 atalığın müəyyən olunması əməliyyatı aparılıb. Xidmətin digər sahələrində də artım qeydə alınıb ki, bu da vətəndaşların bu xidmətə göstərdiyi etimadın nəticəsidir.


Teqlər:





Xəbər lenti