Gədəbəydə yanğın olub

Gədəbəydə yanğın olub
  30 Avqust 2016    Oxunub:1315
Gədəbəy rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m2 sahədə və tövləyə yaxın məsafədə yığılmış 3 ton ot bağlamasının 500 kq yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az-a verilən məlumata görə, tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 14:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti