Füzulidə partlamamış top mərmisi tapılıb

Füzulidə partlamamış top mərmisi tapılıb
  26 May 2016    Oxunub:1161
Füzuli rayonunun Şükürbəyli kəndində 1 ədəd partlamamış 100 mm-lik top mərmisi aşkar olunaraq götürülüb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) hesabatında bildirilir.

Mayın 25-də Tərtər, Ağcabədi və Füzuli rayonlarında 6 ev və həyətyanı sahə, 2 əkin sahəsi, 16 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd 100 mm-lik top mərmisi aşkar olunaraq götürülüb və gün ərzində 31 645 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 25 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 524 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 458 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti