Fərhad Əliyev Londondan qardaşının dəfninə gəldi - ÖZƏL

10:46   21 Yanvar 2015    Oxunub: 28728

Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev qardaşının dəfnində iştirak etmək üçün Londondan Azərbaycana gəlib.

Bu barədə AzVision.az-a sabiq nazirin yaxınları məlumat verib. Bildirilib ki, F. Əliyev hazırda qardaşı Sudeifin dəfn mərasimində iştirak etmək üçün Cəlilabad rayonunun Alar kəndindədir.

“Fərhad Əliyev hazırda kənddədir. O, qardaşının dəfn mərasimində iştirak edir. Mərasimə gələnlərin başsağlığını qəbul edir. Mərhum dünən dəfn olunub. Bu gün isə qəbri ziyarət olacaq. Fərhad müəllim də ziyarətə gedəcək”.

Qeyd edək ki, Əliyevlər ailəsinə ağır itki üz verib. Belə ki, F.Əliyevin balaca qardaşı Əliyev Sudeif Şölət oğlu ötən gün qəflətən vəfat edib. Mərhumun ürək ağrısından əziyyət çəkdiyi bildirilir.

Allah rəhmət eləsin!

Hafiz Əhmədov

Teqlər:  




Rubrikanın digər yazıları