FİFA-ya qarşı yeni ittihamlar

FİFA-ya qarşı yeni ittihamlar
  30 May 2015    Oxunub:1541
ABŞ-ın Vergi Xidməti Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına (FİFA) qarşı korrupsiya ilə bağlı yeni ittihamlar hazırlayır.
Bu barədə TASS agentliyi məlumat yayıb. ABŞ-ın Daxili Gəlirlər Xidmətinin nümayəndəsi Riçard Ueber bildirib ki, daha bir ittiham qərarları raundu olacaq. O həmçinin ABŞ-ın FİFA-nın qərarına və dünya futboluna təsir etmək niyyətində olmadığını qeyd edib: “Biz futbolla deyil, korrupsiya ilə mübarizə aparırıq”.

İnterpol əməkdaşları qalmaqalla əlaqəsi ola biləcək biznesmenlərin ofislərində axtarışlar aparır. Axtarışların məqsədi şübhəli şəxslərin yerini öyrənmək olduğu bildirilir.


Teqlər:





Xəbər lenti