Evlərin qiyməti qalxıb
Dövlət Statistika Komitəsinin hesabatına istinadən icmalda qeyd edilir ki, təkrar və ilkin mənzil bazarında qiymət artımı müvafiq olaraq 10.1% və 9.1% təşkil edib.
Təkrar mənzil bazarında ən yüksək qiymət artımı aşağı keyfiyyətli mənzillərdə (14.6%), ilkin mənzil bazarında isə yaxşı layihələndirilmiş mənzillərdə (12%) müşahidə olunub.
Əmlak bazarı üzrə digər fəallıq göstəriciləri müxtəlif istiqamətlərdə dəyişib. “MBA LTD” Qiymətləndirmə və Konsaltinq şirkətinin məlumatına görə, ötən il yaşayış sahələrinin kirayə haqqı ödənişləri 2% artıb, kommersiya obyektlərinin icarə haqqı isə11.2% azalıb.
Əmlak alqı-satqısı ilə əlaqədar notariusların depozit hesablarına daxilolmalar 25.4% artıb.
Teqlər: