Ətin qiyməti qalxıb? - Nazirlikdən açıqlama

Ətin qiyməti qalxıb? - Nazirlikdən açıqlama
  27 İyul 2016    Oxunub:3924
Son günlər Bakıda ətin qiymətinin bahalaşması ilə bağlı məlumatlar yayılıb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bununla bağlı AzVision.az -a açıqlamasında bildirib ki, ətin qiymətində ciddi bahalaşma müşahidə edilmir.

“Mal əti hər yerdə 7-8 manata, quzu əti isə 8-9 manata alıcılara təklif olunur”-deyə nazirlik rəsmisi vurğulayıb.

M.Hacıyevn sözlərinə görə, ətin qiymətində cüzi artım ola bilər. Bu da bazarda tələb və təkliflə bağlıdır: “Amma bizə rəsmi şəkildə ətin qiymətinin artması haqqında məlumat daxil olmayıb. Bir daha qeyd edirəm ki, mövsümlə və tələb-təkliflə bağlı olaraq bazarlarda ətin qiymətində cüzi qiymət artımı ola bilər. Məsələn, biz bunu yumurtanın qiymətində də hiss edirik. 16 qəpiyə satılan yumurta bir ara 9 qəpiyə qədər düşmüşdü”.

M.Hacıyev qeyd edib ki, ətin qiymətinin qalxmasına yem məhsullarının bahalaşmasının heç bir təsiri yoxdur.

Qeyd edək ki, sakinlərin bildirdiyinə görə, ətin qiymətində 50 qəpik - 1 manat arası bahalaşma hiss olunur.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti