Əsgərimiz özünü güllələdi

Əsgərimiz özünü güllələdi
  23 İyul 2014    Oxunub:917
Azərbaycan Ordusunda silahlı insident olub.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin Murovdağda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri Polad Malik oğlu Bayramlı əlindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Əsgər hospitala yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Faktla bağlı araşdırma aparılır.




Teqlər:  





Xəbər lenti